1 ... 26 27 28 29 30 31 32 33 ... 73

Sosiologiya - səhifə 30

səhifə30/73
tarix30.04.2018
ölçüsü5.03 Kb.
növüDərs

hansı qrupa aidliyini dərk etməsi hesab olunur. Bundan əlavə, qrupa qəbul olunma cəhdi fəhlə üçün rəhbərliyin onun 
əməyini tənzimləmək tədbirlərindən daha qiymətlidir. E. Meyonun fikrincə, nəzarətedici və tənzimləyici hissə kiçik 
əlaqələndirici qrup olur. 
Kiçik  qrupların  öyrənilməsinin  digər  istiqamətini  Y.  Morenonun  sosiometrik  metodu  təşkil  edir. 
Sosiometriyanm məqsədi insanın əməyini və həyatını həm işdə, həm də istehsalat mühiti xaricində ona müsbət təsir 
bağışlayan  insanlar  arasında  təşkil  etməkdən  ibarətdir.  Bu  metodun  əsasında  şəxslərarası  münasibətlərin 
yaxşılaşdırılması və təkmilləşdirilməsi yolu ilə qrupun səmərəli idarə olunmasını həyata keçirmək mümkündür. 
Sosioloji ədəbiyyatda sosial qrupun bir neçə inkişaf fazası göstərilir. A. V. Petrovskinin konsepsiyasına uyğun 
olaraq  qrupun  inkişaf  fazası  aşağıdakı  meyarlarla  müəyyən  olunur:  birincisi,  qrupda  şəxslərarası  münasibətlərin 
vasitəli ifadə dərəcələri, birgə fəaliyyətin məzmunu ilə; ikincisi, birgə fəaliyyətin ictimai əhəmiyyəti ilə. [126 - 127] 
Bu meyarlar əsasında A. V. Petrovski kiçik qrupun aşağıdakı inkişaf fazalarını qeyd edir: 

 
diffüz  (qarışıq)  qrup  -  ümumi  birlik,  birgə  fəaliyyətin  məzmunu  (məqsədi,  əhəmiyyəti  və  dəyəri)  ilə 
vasitəliliyi olmayan şəxsiyyətlərarası münasibətlər; 

 
qrup-assosiasiya (ümumi birliyə mənsubluq gələcək birgə hərəkətlərin səmərəliliyi şəraiti kimi dərk edilir); 

 
qrup-kooperasiya (şəxslərarası münasibətlərin hər kəs üçün əhəmiyyəti birgə fəaliyyətin məzmununda dərk 
edilir); 

 
qrup-kollektiv  (şəxslərarası  münasibətlər  qrupşəkilli  fəaliyyətin  şəxsiyyət  əhəmiyyəti  və  ictimai  cəhətdən 
qiymətliliyi ilə dərk edilir); 

 
korporasiya (bu qrupda şəxsiyyətlərarası münasibətlər qrupun üzvləri üçün xüsusi əhəmiyyətli, bəzən də qrup 
fəaliyyətinin məzmununa görə antisosial vasitə ilə ifadə olunur). 
Sosial qrupun fəaliyyətinə müxtəlif əlaqə üsulları ilə təsir göstərilməsi A. Bavelas tərəfindən öyrənilmişdir. O, 
məhdud vaxt ərzində sadə məsələlərin həllində «şturval» əlaqə üsulunun yüksək effekt verdiyini göstərir. Bu halda 
qrupun üzvlərinin bir-biri ilə əlaqələri istisna edilir və onlar yalnız liderlə əlaqəyə girə bilərlər. A. Bavelas yaradıcı 
işlərin həlli üçün «çevrə» əlaqə üsulunun daha əlverişli olduğunu göstərir. Belə ki, bu şəraitdə qrupun hər bir üzvü 
qarşılıqlı  surətdə  məlumatlan  bölüşmək  imkanına  malik  olur.  Bu  isə  məsələnin  həllinin  yeni  istiqamət  üzrə 
aparılmasına şərait yarada bilər. 
Qrup daxilində olan əlaqələrin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, qrup daxilində hər bir 
üzvün müəyyən rolu vardır. Bu rol daim dəyişir və təkmilləşir. [127 - 128] 

3.


 


Sosial qrupların dinamikası 


Sosial  qruplar  həmçinin  onlan  canlı  sosial  qarşılıqlı  təsirdə  nəzərdən  keçirməyə  imkan  verən  dinamik 
xüsusiyyətlərə  də  malikdir.  Belə  xüsusiyyətlərə  qrupun  ölçüsü,  onun  daxili  strukturu  (liderlər,  sıravi  üzvlər, 
autsayderlər), qrup daxilində rəhbərlik üslubu, qrup davranışı ilə bağlı spesifik sosial həyat fenomenləri aiddir. 
Qrupun ölçüsü artıq öz-özlüyündə qrupdaxili qarşılıqlı təsiri əsasən müəyyənləşdirir. Ən sıx və məna ifadə 
edən münasibətlər iki adamdan ibarət qruplarda (diada) - ərlə arvad, sevgililər, yaxın dostlar arasında yaranır. Diadada 
hisslər və emosiyalar, bir qayda olaraq, böyük qruplardakma nisbətən daha mühüm rol oynayır. Ancaq gözlənilənin 
əksinə olaraq, diadadakı münasibətlər daha böyük qruplardakma nisbətən daha kövrək olması ilə fərqlənir və burada 
ümidlərin boşa çıxmasına daha çox rast gəlinir. 
Qrupa üçüncü üzvün əlavə edilməsi - triadanm yaranması sosial vəziyyəti köklü şəkildə dəyişdirir. Qrupdaxili 
«fraksiyaların» yaranması, iki nəfərin üçüncüyə qarşı ittifaqı, boykotlar, lider və autsayderin ayrılması və s. kimi yeni 
imkanlar əldə edilir. 
Bəzi sosioloqlann tədqiqatlarının nəticələrinə görə, kiçik qrupun üzvlərinin optimal sayı beş nəfər olmalıdır. 
Bu  halda  heç  bir  çıxılmaz  qrupdaxili  vəziyyət  ola  bilməz,  çünki  həmişə  çoxluğun  rəyini  asanlıqla  ayırd  etmək 
mümkündür. Bundan başqa, belə qrupda azlıqda qalmaq heç də təcrid olunmaq demək deyildir. Belə qrup kifayət qədər 
böyükdür: orada insanlar özlərini tam «sosial» hesab edə bilərlər - rollarım dəyişdirə, öz rəylərini sərbəst şəkildə izhar 
edə və özlərinin haqlı olduqlarına ətrafmdakıları inandıra bilərlər. 
Təsəvvürünüzə  gətirin  ki,  voleybol  komandası  bombardirsiz,  ordu  zabitlərsiz,  müəssisə  direktorsuz, 
universitet  rektorsuz,  orkestr  dirijorsuz  və  gənclər  qrupu  başçısızdır.  Ümumi  rəhbərlik  olmadan  insanlar  öz 
fəaliyyətlərini əlaqələndirməkdə [128 - 129] çətinlik çəkirlər. Deməli, qrup mühitində bəzi üzvlər, bir qayda olaraq, 
digərlərinə nisbətən daha çox təsir qüvvəsinə malik olurlar. Biz belə fərdləri 
liderlər
 adlandırırıq. Kiçik qruplar lidersiz 
keçinə bilirlər, lakin iriölçülü qruplarda rəhbərliyin olmaması xaosa (qarmaqarışıqlığa) gətirib çıxarır. 
Kiçik qruplara, bir qayda olaraq, iki lider tipi xasdır. Birinci tip - «mütəxəssis-sosioloqdur». O, cari məsələləri 
qiymətləndirmək  və  onlan  yerinə  yetirmək  üzrə  fəaliyyətin  təşkili  ilə  məşğul  olur.  İkinci  tip  - 
«mütəxəssis-psixoloqdur». O, insanlar arasında yaranan problemlərin öhdəsindən yaxşı gəlir, onlar arasındakı 

53 



gərginliyi  aradan  qaldınr,  qrupda  həmrəylik  ruhunun  yüksəlməsinə  kömək  edir.  Rəhbərliyin  birinci  tipi  qrup 
məqsədlərinə çatmağa yönəlmiş instrumental rəhbərlikdir; ikinci tip isə qrupda harmoniya və həmrəylik ab- havasmm 
yaranmasına yönəlmiş ekspressiv rəhbərlikdir. Bəzi hallarda eyni bir insan öz üzərinə bu rolların hər ikisini götürür, 
amma adətən bu rolların hər biri ayn-ayn rəhbərlər tərəfindən yerinə yetirilir. Rollardan heç biri digərindən daha vacib 
hesab edilə bilməz, hər bir rolun nisbi əhəmiyyətini konkret vəziyyət diktə edir. 
Liderlər insanlara təsir etmək üçün müxtəlif üslublardan istifadə edirlər. K. Levin rəhbərlik üslublarının klassik 
tədqiqatını aparmışdır. Bu tədqiqat zamanı 11 yaşlı oğlanlardan ibarət qruplarla işləyən yaşlı rəhbərlər rəhbərliyin üç 
üslubundan birindən istifadə etmişdilər. 
Avtoritar  üslubda
  rəhbər  qrupun  fəaliyyətinin  əsas  istiqamətini  müəyyən  edir  və  hər  mərhələ  üzrə  təlimat 
verirdi,  buna  görə  də  oğlanlar  gələcək  tapşırıqlar  barədə  aydın  təsəvvürə  malik  idilər.  Rəhbər  həmçinin  iş  üçün 
tərəfdaşlan təyin edir, müsbət və tənqidi qiymət verir və qrupun fəaliyyətində iştirakdan kənarda qalırdı. 
Bunun əksinə olaraq, 
demokratik üslubda
 rəhbər oğlanlara qərarların qəbul olunmasında iştirak etməyə icazə 
verir,  işin  yalnız  ümumi  məqsədlərini  ümumi  şəkildə  təsvir  edir,  bu  məqsədlərə  çatmağın  variantlarım  təklif  edir, 
qrupun  [129  -  130]  üzvlərinə  istədikləri  kəslərlə  işləməyə  icazə  verir,  oğlanların  nailiyyətlərini  obyektiv  şəkildə 
qiymətləndirir və özü qrupun fəaliyyətində iştirak edirdi. 
Nəhayət, 
neytrallıq  üslubu
  rəhbərin  passiv  mövqeyini  nəzərdə  tuturdu:  o,  materiallar,  məsləhətlər  verir  və 
yalnız qrupun üzvlərinin xahişi ilə onlara köməklik edir, işin nəticələrinə qiymət verməkdən imtina edirdi. 
Tədqiqatçılar müəyyən etmişlər ki, rəhbərliyin avtoritar üslubu qrup üzvlərinin tam gücdən düşməsinə gətirir 
və onlarda rəhbərə qarşı düşmənçilik hissləri yaradırdı. Məhsuldarlıq yalnız rəhbərin iştirak etdiyi zaman yüksək olaraq 
qalırdı, amma o, gedən kimi məhsuldarlıq da əhəmiyyətli dərəcədə azalırdı. Demokratik rəhbərlik üslubunda qrupun 
üzvləri dərin razılıq hissi keçirirdilər, qrupun tapşırıqlarına daha çox yönəlmişdilər və daha mehriban idilər, müstəqillik 
(xüsusilə də rəhbər olmayanda) və şəxslərarası aqressivliyin aşağı səviyyəsini nümayiş etdirirdilər. İşə qarışmamaq 
üslubu aşağı məhsuldarlığa və şəxslərarası aqressivliyin 5üiksək səviyyəsinə gətirib çıxarmışdı. 
Lakin  qeyd  etmək  lazımdır  ki,  eksperiment  demokratik  əsaslarla  tərbiyə  almış  yeniyetmələrlə  keçirilmişdi. 
Başqa şəraitdə və başqa mədəni mühitdə avtoritar rəhbərlik üslubu daha üstün ola bilər, inkişaf etməkdə olan ölkələrdə 
avtoritar liderlərin faizi belə fərz etməyə imkan verir ki, yüksək gərginlik şəraitində ölkənin əhalisi direktiv idarəçiliyə 
üstünlük  verə  bilər.  Lakin  belə  bir  izahat  da  ağlabatandır  ki,  qeyd  olunan  şəraitdə  avtoritar  hökmdarlar  üçün 
hakimiyyəti ələ keçirmək və onu əldə saxlamaq daha asan olur. 
Sosioloji ədəbiyyatda liderliyin üç funksiyası göstərilir: 1) təşkilatçılıq; 2) informasiya; 3) sosiallaşma. 
Birinci funksiya nəzərdə tutur ki, lider qrupun məqsədini müəyyən edir, qərar qəbulunu, aktual və perspektiv 
məqsədlərin  yerinə  yetirilməsi  yollanm,  üsul  və  vasitələrin  planlaşdınimasmı  təşkil  edir,  onların  birgə  səylərini 
əlaqələndirir və s. [130 - 131] 
Qrup  fəaliyyətinin  səmərəli  olması  naminə  zərim  informasiyanm  toplanılması,  işlənilməsi,  onlann  qrup 
üzvlərinə vaxtında çatdırılması informasiya funksiyasının əsas cəhətini təşkil edir. 
Sosiallaşma  funksiyası  isə  liderin  müəyyən  keyfiyyətləri  formalaşdırmaq  və  tərbiyə  etmək  məqsədilə  qrup 
üzvlərinə göstərdiyi təsirləri əks etdirir. 
Qədim atalar sözünə görə, «əl çox olanda iş daha rahat gedir». Lakin aydm olur ki, bu atalar sözü gerçəkliyə 
uyğun gəlmir. Məsələn, gözləmək olardı ki, üç adam kanatı tək adama nisbətən üç dəfə çox intensivliklə, səkkiz adam 
isə  səkkiz  dəfə  çox  güclə  dartacaq.  Əslində  isə  tamamilə  tərsinə  alınır.  Tədqiqatlar  göstərir  ki,  əgər  ipi  dartan  bir 
adamın sərf etdiyi qüvvə 4 kq-a bəıabərdirsə, üç nəfərdən ibarət qrupda hər bir adamın sərf etdiyi qüvvə 3,6 kq, səkkiz 
nəfərdən ibarət qrupda isə 1,9 kq təşkil edir. Bunun səbəblərindən biri kimi qüvvələrin düzgün əlaqələndirilməməsini 
göstərmək olar. Lakin eksperimentin iştiıakçılarmm gözlərini bağlayıb, onları inandıranda ki, onlar kanatı təkbaşına 
yox, bir qrup adamla birgə dartırlar, onda onlar da özlərinə həddindən artıq zəhmət vermirdilər. Aydındır ki, insanlar 
qrupda işləyərkən özlərini müstəqil işdəkinə nisbətən daha az gücə salırlar - bu fenomen «sosial laqeydlik» adlanır. 
Buradan belə bir nəticə çıxarmaq lazım deyil ki, kollektiv fəaliyyətə son qoymaq lazımdır. Qruplar cəmiyyətin 
həyatında  birinci  dərəcəli  rol  o}mayırlar  və  bir  adamın  görməyə  qadir  olmadığı  hər  hansı  işi  yerinə  yetirməyə 
qadirdirlər. Məsələn, anonim alkoqoliklər, narkomanlar, tək valideynlər və anqlamaq istəyənlərin qruplan, eləcə də 
«özün-özünə kömək et» prinsipi ilə fəaliyyət göstərən digər qrupların işi göstərir ki, qruplar hansı təsir imkanlarına və 
hansı uğurlan qazanmağa qadirdir. 
Sosial laqeydlik effekti belə fərz etməyə imkan verir ki, qrupun ölçüsü ilə fərdlərin motivasiyası arasında tərs 
asılılıq mövcuddur. Bununla sıx bağlı olan fenomen 
sosial dilemma
 [131  -  132]  kimi  müəyyən  olunmuşdur.  Bu  elə 
situasiyadır  ki,  burada  qrupun  üzvləri  öz  şəxsi  maıaqlanmn  maksimal  ödənilməsi  ilə  kollektiv  uğurun  maksimum 
artırılması arasındakı ziddiyyətlə rastlaşırlar. 
Gəlin görək ki, düşmənlə dö5üişün həlledici mərhələsindən qabaq səngərə düşmüş əsgərin hansı seçimi var. 
Hər bir əsgər fikirləşə bilər ki, sağ qalmaq üçün səngərdə qalmaq daha ağlabatan seçimdir. Lakin bütün əsgərlər 

54 



:

files -> book
book -> Kendi Kendine
book -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
book -> MahirəNərimanqızı
book -> Qarabağ müharibəsi (Qısa tarix)
book -> Alfred Besterdən “Qoca” əsəri
book -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
book -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
book -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


source-des-images---shif-40.html

source-des-images---shif-45.html

source-des-images---shif-5.html

source-des-images---shif-54.html

source-des-images---shif-59.html