1 ... 20 21 22 23 24 25 26 27 ... 73

Sosiologiya - səhifə 24

səhifə24/73
tarix30.04.2018
ölçüsü5.03 Kb.
növüDərs

təbii əsasını təşkil edir; bu bölgü əhalinin spesifik sosial həyat şəraitində və sosial simasında tarixən təsbit olunur və 
davam edir'. 
Regionun  müxtəlif  tipləri  vardır.  Belə  ki,  mikroregionlardan,  kiçik  regionlardan  başlamış  təbii-təsərrüfat 
əlamətlərinə [97 - 98] görə bir sıra ərazi-iqtisadi rayonları və onların hissələrini birləşdirən zonalara qədər müxtəlif 
səviyyəli tipləri ayırd etmək olar. 
İstənilən tipə aid olan regionun sosial siması bütövlükdə cəmiyyətin sosial simasının ən ümumi cəhətlərinin 
spesifik təzahürüdür; o, eyni zamanda özünün konkret xüsusiyyətlərinin məcmusu ilə daha zəngindir. Bu halda nəzərə 
almaq lazımdır ki, regionun sosial siması aşağıdakıları əks etdirir: 
-
 
cəmiyyətin sosial münasibətlərinin maddi-iqtisadi bazasının ərazi təşkilini; 
-
 
onun ərazisində yaşayan əhalinin demoqrafik, entik, təsərrüfat və s. xüsusiyyətlərini^. 
Ölkəmizin müxtəlif regioniannm tarazlı inkişafını təmin etmək ən ciddi problemlərdən biri olaraq qalır. Bunun 
üçün  regionların  təsərrüfat-iqtisadi,  mədəni-məişət,  milli-etnik  və  s.  xüsusiyyətləri,  əhalinin  həyat  fəaliyyətinin 
müxtəlif formaları hərtərəfli araşdırılmalıdır: 
Region  əhalinin  yerləşməsinin  iki  əsas  formasının  -  şəhərin  və  kəndin  sosiologiyasının  inteqrasiyaedici 
obyektidir.  Sosial-ərazi  birliyi  forması  kimi  regionun  sosioloji  baxımdan  öyrənilməsi  şəhərin  və  kəndin 
yaxınlaşmasının  sosial  qanunauyğunluqlarını,  bu  prosesdə urbanizasiya  və  miqrasiyanın  rolunu,  yeni  məskunlaşma 
aqlomerasiyası  formalarının  insanın  əmək  və  məişət  fəaliyyətinin  şərait  və  məzmununa,  həyat  tərzinə  təsiri 
xüsusiyyətlərini öyrənməyi nəzərdə tutur. 
Cəmiyyətin  regional  strukturu  bir  çox  cəhətdən  ictimai  əmək  bölgüsündə  konkret  regionun  tutduğu  yerlə, 
oynadığı rolla şərtlənir. Bununla əlaqədar olaraq, onların aşağıdakı tiplərini ayırd etmək olar: sənaye, sənaye-aqrar, 
aqrar-sənaye, aqrar regionları. Ölkədə əksər regionlar ikinci və üçüncü tipə aiddir. 
Regionların  sosioloji  təhlili,  dinamikasının  proqnozlaşdırılması  «açıq»,  yaxud  əksinə  «qapalı»  sosial-ərazi 
sistemi [98 - 99] kimi regionun spesifikasını nəzərə almadan mümkün deyildir, yəni müəyyənləşdirilməlidir ki, həmin 
sistemin sosial inkişafı daxili və ya xarici ehtiyatların təbii təkrar istehsalı (sadə, yaxud geniş) hesabına hansı dərəcədə 
baş verir. Ölkədəki regionların əksəriyyəti «açıq» sosial-ərazi sistemidir. Bu baxımdan əhalinin miqrasiyasının sosial 
problemlərinə xüsusi diqqət yetirilməlidir. 
Miqrasiya  ölkələr,  rayonlar,  müxtəlif  tipli  yaşayış  məntəqələri  arasında  adamlarm  yerdəyişmələrinin 
məcmusudur.  O,  yerdəyişmələrin  müxtəlif  növlərini  əhatə  edir:  dönməz,  yaxud  stasionar,  mövsümi,  mayatnik 
xarakterli, epizodik yerdəyişmələr. Sosial, iqtisadi və demoqrafik baxımdan dönməz miqrasiya ən mühüm məna kəsb 
edir,  çünki  bu  son  nəticədə  ərazi  cəhətdən  yenidən  bölüşdürülmək  deməkdir.  Dönməz  miqrasiya  əhalinin  daimi 
tərkibinin  formalaşmasında,  onun  bu  və  ya  digər  rayonda  sakin  olmasında  çıxış  momentidir^.  Miqrant  adaptasiya 
mərhələsində olan yeni sakindir. Miqrasiya prosesinin strukturu mobilliyin formalaşması, yerdəyişmə və yeni yaşayış 
yerinə adaptasiya kimi fazalan əhatə edir. 
Əhalinin miqrasiyasmm ümumi funksiyalanna aiddir: 
a)
 
məkan mütəhərrikliyinin bu və ya digər səviyyədə təmin olunması (mütəhərrikliyin artması funksiyası); 
b)
 
əhalinin  ümumi  saymm  ayn-ayn  ərazilər  arasında  məhsuldar  qüvvələrin  yerləşməsi  ilə  əlaqədar  olaraq 
yenidən bölüşdürülməsi (yenidən bölüşdürmə funksiyası); 
c)
 
müxtəlif ərazilərin əhalisinin keyfiyyət tərkibinin dəyişilməsi (əhalinin seleksiyası funksiyası)"'. 
Regionda miqrasiyanın intensivliyi məlum ərazidə yerdəyişmələrin ümumi sayından və əhalinin sayından 
asılıdır. Adətən əhalinin daha mütəhərrik olan hissəsi sosial cəhətdən daha fəal olur. [99 - 100] 
Əməyin dəyişilməsi, yəni iş yerinin və növünün dəyişilməsi müasir sənayenin qanunudur. Əmək ehtiyatlarının 
ölkə  üçün  faydalı  istiqamətlərdə  miqrasiyası  məhsuldarlığı  yüksəltməyin  mühüm  amilidir.  O,  adamlardan  peşə 
vərdişlərindən, xüsusi hazırlığından daha dolğun istifadə etməyə, azad olmuş işçi qüvvələrini tələbat olan istiqamətdə 
stimullaşdırmağa imkan verir. 
Miqrasiya təkcə iqtisadi yox, həm də sosial funksiyaları yerinə yetirir; cəmiyyət üzvlərinin sosial vəziyyəti, 
ictimai  əmək  bölgüsündə  yeri  dəyişilir,  fərdlərin  bir  sosial  qrupdan  digərinə  keçməsi,  daha  mürəkkəb  ixtisasa 
yiyələnməsi baş verir. 
Bir obyekt kimi regionu əslində istənilən istiqamətdə tədqiq etmək olar, önun sosial problemlərinin tədqiqi 
kompleks  xarakter  daşımalıdır.  Keçmiş  SSRİ  məkanında  belə  tədqiqatlar  cəmi  iki  layihə  hüdudunda  aparılmışdır: 
Həmin layihələrdən biri cəmiyyətin sosial inkişalinm göstəricilərinə, digəri isə həyat tərzi problemlərinə aid olmuşdur. 
Layihələr SSRİ EA Sosioloji Tədqiqatlar İnstitutu tərəfindən 1979-87-ci illərdə reallaşdırılmışdır (EA müxbir üzvü Q. 
V. Osipovun, f.e.d., prof. N. T. Levıkinin rəhbərliyi altında). Belə kompleks sosioloji tədqiqatlar 

' Российская социологическая энциклопедия. М., 1998, с. 440. 


^ Вах: Айтов Н. А. Социальное развитие регионов. М., 1985; Кахаров А. Г. Социология регионов. М., 1996. ^ Заславская Т. И., РьшканаР. В. 


Социология экономической жизни. 1991, с. 223-224. 


Социология. М., 1990, с. 233-234. 


41 



regionların sosial inkişaf planlarını və proqnozlanm tərtib etmək üçün real informasiya bazası yaradır, qəbul edilmiş 
idarəetmə  qərarlannm  sosial  nəticələrini  aşkara  çıxarmağa  imkan  verir.  Hazırda  respublikamızda  belə  kompleks 
xarakter daşıyan sosioloji tədqiqatlar aparılmasına ehtiyac vardır. 
Son illərdə regionlarımızın sosial-iqtisadi və sosial-mədəni inkişafına diqqət daha da artmışdır. Bu baxımdan 
«Azərbaycan  Respublikası  regionlannm  sosial-iqtisadi  inkişali  Dövlət  Proqramı  (2004-2008-ci  illər)»  xüsusi 
əhəmiyyətə  malikdir.  Proqram  Respublika  Prezidentinin  2004-cü  il  11  fevral  tarixli  fərmanı  ilə  təsdiq  edilmişdir. 
Proqramda Azərbaycan Respublikasmm iqtisadi rayonlannm (Abşeron; Gəncə-Qazax; Şəki-Zaqatala; Quba-Xaçmaz; 
Aran;  Yuxan  Qarabağ;  Kəlbəcər-Laçm;  Dağlıq  Şirvan;  Naxçıvan)  ümumi  xarakteristikası  verilir,  [100  -  1011 
2004-2008-ci  illərdə  regionlann  sosial-iqtisadi  inkişafmm  əsas  istiqamətləri,  habelə  Dövlət  Proqramı  üzrə  həyata 
keçirilməli olan təbdirlər müəyyənləşdirilir'. 
Dövlət  Proqramının  əsas  məqsədi  respublikanm  rayonlannda  mövcud  potensialdan  istifadə  etməklə 
iqtisadiyyatın ayn-ayn sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac 
yönümlü məhsul istehsalının stimullaşdınimasma, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha 
da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və 
ölkə  iqtisadiyyatının  dinamik  inkişafmm  təmin  edilməsinə  nail  olmaqdır.  Bu  məqsədə  uyğun  olaraq  aşağıdakı 
vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: 
-
 
müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri yaratmaq; 
-
 
yerli resurslardan istifadənin səmərəsini artırmaq; 
-
 
regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasını və inkişafını təmin etmək; 
-
 
aqrar  sektorda  islahatların  ikinci  mərhələsini  sürətləndirmək,  bunun  üçün  müxtəlif  servis  mərkəzləri 
yaratmaq, toxumçuluq bazasını genişləndirmək, texnika ilə təminatı yaxşılaşdırmaq və digər zəruri tədbirləri həyata 
keçirmək; 
-
 
investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılmasını təmin etmək; 
-
 
yeni iş yerlərinin yaradılmasını həvəsləndirmək; 
-
 
əhalinin kommunal xidmətlərlə təminatını yaxşılaşdırmaq. 
Dövlət  Proqramının təsdiqindən  sonrakı  dövr  ərzində görülən işlər sübut  edir  ki,  regionlann  sosial-iqtisadi 
siması yeniləşir, müasirləşir, onlann tarazlı inkişafı istiqamətində uğurlu addımlar atılır. Dövlət başçısının ayn-ayn 
regionlara səfərləri mövcud problemləri diqqətlə araşdırmağa, həmin problemlərin işgüzar və konkret həllinə kömək 
edir. [101 - 102] 

' Bax: «Respublika» qəzeti, xüsusi buraxılış, 13 fevral 2004-cü il. 


42 



:

files -> book
book -> Kendi Kendine
book -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
book -> MahirəNərimanqızı
book -> Qarabağ müharibəsi (Qısa tarix)
book -> Alfred Besterdən “Qoca” əsəri
book -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
book -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
book -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


source-des-images---shif-18.html

source-des-images---shif-22.html

source-des-images---shif-27.html

source-des-images---shif-31.html

source-des-images---shif-36.html