1 ... 12 13 14 15 16 17 18 19 ... 28

Səlahəddin Xəlilov - səhifə 16

səhifə16/28
tarix26.11.2017
ölçüsü2.8 Kb.

 
- 64 - 
 
 
 
 
 
 
 
 
 

Cavid və Cübran  


 
Cavidi də, Cübranı da əgər bir yığcam fikirlə səciyyə-
ləndirmək  istəsək,  ən  yaxşı  sözlər  Cabbarlının  söylədiyi 
«Günbatan  fikirli,  gündoğan  duyğulu  bir  sima…»  ifadəsi 
olardı.  
Zahiri əlamətlərə görə Cavid və Cübran xeyli dərəcə-
də müxtəlif şəxsiyyətlərdir. Biri – türk, o biri – ərəb, biri – 
müsəlman, o biri – xristian. Lakin onlar mahiyyət müstəvi-
sində çox yaxındırlar. Hər ikisi Qərb mədəniyyətinə yüksək 
dərəcədə bələd olan, amma öz şərqli təbiətini  dəyişməyən, 
hətta müasirlik axtarışında da Şərq ruhundan çıxış edən mü-
təfəkkir-şairdir. Eyni zamanın məzmununu və pafosunu ey-
ni janrlarda  ifadə  edirlər.  İkisinin  də  səcdəgahı  gözəllikdir. 
(Cavid:  «Mənim  Tanrım  gözəllikdir,  sevgidir»,  Cübran: 
«Gözəlliyin hüdudlarından kənarda nə din var, nə elm»). 
Cavid  və  Cübranın  yaradıcılığını,  onların  həyat  və 
fəaliyyətini daha  ətraflı öyrəndikdə  gözlərimiz önündə fəl-
səfədən  də,  poeziyadan  da,  publisistikadan  və  bütün  digər 
vasitələrdən  də  məhz  öz  xalqının,  millətinin,  habelə  bütün 

 
- 65 - 
bəşəriyyətin  tərəqqisi  naminə  bir  vasitə  kimi  istifadə  edən 
böyük ziyalı, əsl humanist insanlar canlanır. 
Cavid  üçün  də,  Cübran  üçün  də əsas məqsəd  ideyanı 
çatdırmaqdır.  Bədii  üsul  və  təhkiyə  ola  bilsin  ki,  hətta  tə-
sadüfi seçilmiş vasitələrdir. Yəni əsas inkişaf xətti ideya ilə 
bağlı olduğundan hadisələr sonradan seçilir və bu ideyanın 
təkamülünə uyğunlaşdırılır. Hər ikisi irəlicədən qoyduğu bir 
fəlsəfi ideyanın bədii yolla açılışına çalışarkən cari, gerçək 
hadisələrdən daha çox tarixi mövzulara və rəvayətlərə mü-
raciət edirlər. Bu mövzular ümumbəşəri mövzulardır. Kon-
kret zaman və məkanla bağlı deyildir. Hətta tarixdə həqiqə-
tən  məlum  olan  hadisələr  də  konkret  zaman-məkan  müəy-
yənliyindən, dövrün spesifik xüsusiyyətlərindən, milli etno-
qrafik mündəricədən azad olunur, bütün bunlar ancaq rəmz-
lərlə təqdim  edilir və təhkiyə ancaq ideyanın açılışına xid-
mət edir. Sanki bədii xarakter də, milli kolorit də arxa plana 
keçir  və  ideyanın  inkişaf  yolunu  kölgədə  qoymamaq  üçün 
bir fon rolunu oynamaqla kifayətlənir. Yəni hər ikisində ha-
disələr ikinci plandadır, fokusdan kənardadır və burada hər 
hansı detalın elə bir əhəmiyyəti yoxdur.  
Cavid  də,  Cübran  da  ənənəvi  Şərq  fəlsəfəsinə  dərin-
dən bələd olan, daha doğrusu bütün ruhu Şərq hikmətindən 
yoğrulmuş,  lakin  eyni  zamanda  Yeni  dövrün  rasional  dü-
şüncə ənənələrini də gözəl mənimsəmiş olan mütəfəkkirlər-
dir.  Başqa  sözlə  desək,  onların  yaradıcılığı  bir  sintezdir; 
min illərin keşməkeşlərindən keçib gələn və bir dağ çayını 

 
- 66 - 
xatırladan qəlb çırpıntıları dənizin lal sularına qatılaraq sa-
kit və möhtəşəm Qərb düşüncəsini dalğalandırır. 
Emosional-mənəvi pafos, çılğın zəka məntiqi təfəkkü-
rün sürəkli və geniş fəzasında rahatlıq tapır.   
C.X.Cübranın  yazdıqları  forma  etibarilə  də  hədisləri, 
hekayətləri,  aforizmləri  xatırladır  və  ilk  baxışda  ənənəvi 
Şərq  hikmətindən  heç  nə  ilə  fərqlənmir.  Diqqətlə  araşdır-
dıqda isə Cübranın ənənəvi Şərq fəlsəfi fikrini Qərb oxucu-
suna  daha  yaxşı  çatdıra  bilmək  üçün  epik  və  lirik  ifadə 
formalarının vəhdətindən çıxış etdiyinin şahidi oluruq. 
Məsələn, Şərq düşüncəsində dərin kök atmış belə bir 
ifadəni yada salaq: “Allah insanın qəlbindədir”. Bu obrazlı 
deyilişə düzəliş vermək heç kimin ağlına da gəlmir. Cübran 
isə  Peyğəmbərin  adı  ilə  yazır:  “Əgər  sevirsinizsə  deməyin 
ki, “Allah mənim qəlbimdədir”; daha düzgün olar ki, deyə-
siniz: “Mən Allahın  qəlbindəyəm”. Yəni  burada söhbət  in-
sanın Allahı ehtiva etməsindən deyil, onun Allah tərəfindən 
ehtiva olunmasından gedir. Sufizmdə geniş yayılmış “haqqa 
çatmaq”, “haqq məndədir” fikri düzgün təfsir olunmadıqda 
insanın ən ali məqam kimi başa düşülməsinə gətirir. Halbu-
ki, insan Allah məqamına çata bilməz, sadəcə O-nda itə bi-
lər. Məqsəd – özünü itirərkən Haqqı tapmaqdır. Cübran bu 
ideyanı  ən  ümumi  şəkildə  ifadə  etməklə  yanaşı,  onu  əyani 
obrazlarla da konkretləşdirir: “Ərimək və gecəyə öz nəğmə-
sini oxuyan çay kimi axıb getmək!”. 
Ənənəvi Şərq fəlsəfəsində, o cümlədən, daosizmdə və 
sufizmdə, dərin kök atmış “könül rahatlığı” ideyası da Cüb-

 
- 67 - 
ran  tərəfindən  bir  növ  təftiş  edilir  və  ona  daha  realistik 
mövqedən  yanaşılır.  Mütləq  rahatlıq  və  ya  mütləq  tarazlıq 
mümkün deyil. Onların öz daxili strukturu var və ancaq di-
namik tarazlıqdan danışmaq mümkündür. Sadəcə heç nə is-
təməmək,  heç  nə  duymamaq  mümkün  deyil.  Amma  bütün 
duyğular  əksliklərə  bölünə  və  bir-birini  kompensasiya  edə 
bilər.  Biz  əks  duyğulardan  birini  yaşayırıqsa  onun  qarşılı-
ğını heç olmazsa rasional idrak səviyyəsində nəzərə almaq-
la  tarazlıq  yarada  bilərik.  Ancaq  bununla  sevinc  eyforiya-
sından və kədər yükündən xilas olmaq mümkündür. “Bəzi-
ləri  deyəcək:  –  sevinc  kədərdən  artıqdı;  diğərlərimiz  isə  – 
yox,  kədər  daha  böyükdür,  deyəcək.  Lakin  onları  ayırmaq 
olmaz, onlar birlikdə gəlir”. Cübran insan qəlbini bir tərə-
finə kədər, o biri tərəfinə sevinc doldurulmuş tərəzi ilə mü-
qayisə  edir  və  göstərir  ki,  onlar  ancaq  bir-birinə  bərabər 
olarkən  tarazlıq  yaranır.  Bu  ideya  obrazlı  ifadələrlə  daha 
konkret  surətdə  açılır:  “İçinə  şərab  süzdüyünüz  piyalə  hə-
min  o  piyalə  deyilmi  ki,  əvvəlcə  dulusçu  sobasında  bişiri-
lib”.  Yaxud:  “Məgər  ruhunuzu  oxşayan  bu  ud  həmin  o 
ağac deyilmi ki, əvvəlcə bıçaqla oyulub?” Sonra ümumiləş-
dirmə aparır: “Sevinəndə ürəyinizin dərinliyinə boylanın və 
onda  görərsiniz  ki,  sizə  indi  sevinc  gətirən  əvvəl  sizi  kə-
dərləndirirdi”. 
Beləliklə,  Cübran  məlum  Şərq  hikmətini  strukturlaş-
dırır və ənənəvi qəlb  rahatlığını dinamik tarazlıq kimi təq-
dim  etməklə  reallığın  əslində  bundan  kənaraçıxmalar  şək-
lində mövcud olduğunu vurğulayır. Reallıq lal bir göl deyil. 

:

books 460
books 460 -> Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc
books 460 -> Microsoft Word Rehim m son doc
books 460 -> Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt
books 460 -> Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah
books 460 -> Ərəstü Həbibbəyli
books 460 -> Oruc Ġbadlı Aliyə Zərgərli
books 460 -> 1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar
books 460 -> Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


rosalina-berazan-6.html

rosario-ferr-was-born-in.html

roscher---eski-yunan-.html

rose-pesotta---people--6.html

rosebud-and-santo-graal-a.html