1 ... 11 12 13 14 15 16 17 18 ... 66

Qondarma erməni soyqırımı faktların dili ilə

səhifə15/66
tarix21.03.2018
ölçüsü417.36 Kb.

                                            Qondarma erməni soyqırımı faktların dili ilə


 


  

                              
 
 
46 
Qeyd  etmək  lazımdır  ki,  San-Stefano  və  Berlin  mü-
qavilələrindən sonra böyük dövlətlər Osmanlı dövlətinin 
daxili  işlərinə  qarışmağa  başladılar.  Osmanlını  daha  da 
zəiflədib  onu  parçalmağa  çalışan  əsas  dövlətlər  İngiltərə 
və Rusiya idi. İngiltərə ilə yanaşı Fransa və Almaniyanın 
da niyyəti Yaxın Şərqin o vaxt Osmanlı imperiyasının tər-
kibinə  daxil  olan  geniş  ərazilərini  ələ  keçirmək  idi. 
Nəticədə,  İngiltərə  və  Rusiyanın  təhriki  ilə  “erməni 
məsələsi”  adlanan  uydurma  bir  problem  daha  da  şişir-
dilərək  Türkiyədə  qanlı  hadisələrə  yol  açdı  və  dövlət-
lərarası bir xarakter aldı. 
Bu dövrdəki beynəlxalq şərait iri dövlətlər arasında 
müstəmləkələr  və  yeni  ərazilər  ələ  keçirmək  uğrunda 
gedən mübarizənin kəskinləşməsi baxımından mürəkkəb 
tarixi mərhələ idi. İngiltərə və Fransa ilə Rusiya arasında 
Osmanlı  imperiyasını  parçalamaq,  Yaxın  Şərqdə  hege-
monluq  uğrunda  aparılan  gərgin  mübarizə  getdikcə  öz 
məcrasından  çıxmaqda  idi.  Hadisələrin  gərginləşdiyi  bir 
vaxtda 1880-ci ildə İngiltərədə hakimiyyət dəyişikliyi baş 
verdi  və  nəticədə  ikinci  dəfə  baş  nazir  postunda  əyləşən 
Qladston  başda  olmaqla  Liberal  partiyası  hakimiyyətə 
gəldi. Qladston hökuməti Pittin müəyyənləşdirdiyi və bir 
əsrdən  də  çox  dəyişilməyən  Osmanlı  dövləti  ilə  bağlı 
siyasətindən  vaz  keçərək  Osmanlı  imperatorluğunun  
mülki  toxunulmazlığını  və  ərazi  bütövlüyünü  qorumaq-
dan  imtina  etdi.  Xüsusilə,  burada  din  faktorunu  və 
Qladstonun  imperialist  maraqlarını  da  qeyd  edə  bilərik. 
Təkbaşına  sultana  təzyiq  göstərə  bilmədiyini  anlayan 
İngiltərə  digər  qərb  dövlətlərini  də  bu  işə  cəlb  edə  bildi 

                                            Qondarma erməni soyqırımı faktların dili ilə


 


  

                              
 
 
47 
və  nəticədə  5  dövlət  (ABŞ,  İngiltərə,  Fransa,  Rusiya, 
İtaliya)  vahid  bir  koalisiyada  birləşərək  Osmanlı 
imperatorluğuna  qarşı  mübarizə  aparmalı  oldular. 
Əvvəllər  bu  işdə  məhz  İngiltərə  dövləti  maraqlı  olduğu 
halda  indi  artıq  5  dövlət  bu  işə  qoşulmaqla  bir  növ 
Anadolu  ərazisində  şərti  də  olsa  öz  milli  maraqlarını 
təmin etmiş olurdularb  (129, 42). Beləcə Şərqi Anadoluda 
“İslahat  məsələsi”  millətlərarası  problemə  çevrildi.  Rus 
çarı  II  Aleksandr  özünü  Şərqi  Anadoluda  aparılacaq 
islahatların birbaşa qarantı kimi göstərirdi.  Lakin 1881-ci 
çar 
II 
Aleksandrın 
sui-qəsd 
nəticəsində 
ölümü 
islahatların  aparılması  prosesini  yenidən  ləngitməyə 
başladı.  Şübhəsiz,  çarın  ölümündən  sonra  Rusiyada 
hakimiyyət  dəyişikliyi  baş  verdi  və  iqtidara  gələn  yeni 
qüvvələr xarici siyasətdə bir sıra dəyişikliklər etməklə bir 
növ  “Erməni  məsələsi”ni  arxa  plana  keçirmiş  oldular. 
Bunu  görən  müttəfiqlər  Osmanlı  imperiysına  qarşı  birgə 
mübarizədən  əl  çəkərən  “Erməni  məsələsi”ndən  müəy-
yən  müddətə  qədər  “imtina  etdilər”.  Nəticədə  İngiltərə 
bu  dəfə  də  siyasi  meydanda  tək  qaldı.  Vəziyyətin  çıxıl-
maz  olduğunu  görən  Qladston  hökuməti  1882-ci  ildə 
Misiri  işğal  etdi.  Misirin  işğalından  sonra  Nil  vadisinin 
işğalını leqallaşdırmaq haqqında  sultan II Əbdülhəmidlə 
müqavilə bağlamaq istəyi boşa çıxan İngiltərə erməniləri 
yenidən  “yada  saldı”  və  onlardan  sultanı  hədələmək 
üçün  bir  vasitə  kimi  istifadə  etməyə  cəhd  göstərdi. 
Nəticədə,  Osmanlı  dövləti  hiyləni  tez  başa  düşərək 
İngiltərə siyasətinə qarşı adekvat addımlar ata bildi. Yəni, 
Osmanlı  hökuməti  Aralıq  dənizi  üzərindəki  hakimiy-

                                            Qondarma erməni soyqırımı faktların dili ilə


 


  

                              
 
 
48 
yətini  yenidən  bərpa  edə  bildi.  Bunun  ölkəsi  üçün  ağır 
itkilərlə  nəticələnəcəyini  qabaqcadan  anlayan  İngiltərə 
hökuməti  yenidən  boğazlar  və  Osmanlı  dövləti  ilə  bağlı 
siyasətini dəyişdirdi.  Buna səbəb Cəbəllütariqə, Maltaya, 
Kipr və Misirə hakim olan İngiltərə üçün Hindistan yolu 
nəzarətə götürüldüyündən boğazların əhəmiyyəti azaldı. 
Görünür,  İngiltərə  hökuməti  Osmanlı  dövləti  ilə 
təkbaşına mübarizə apara bilməyəcəyini qəti yəqin etmiş 
və  Hindistana  gedən  strateji  məntəqələrin  də  əlindən 
çıxmaması üçün son anda bu addımı atmışdır (63,  20). 
Beynəlxalq  aləmdə  böyük  dövlətlər  arasında  qüv-
vələr balansı XIX əsrin sonunda qeyri-sabit idi. Krım mü-
haribəsində  hərbi  məğlubiyyətə,  Berlin  konqressində  isə 
diplomatik  məğlubiyyətə  uğrayan  Rusiya  ekspansionist 
iştahasını  azaltmalı  və  digər  böyük  dövlətlərin  mövqeyi 
ilə hesablaşmalı idi. Lakin “erməni məsələsi”nə gəldikdə 
onun  həllində  əsas  rol  ən  azı  coğrafi  amil  baxımından 
əvvəlki kimi Rusiyaya məxsus idi: bölgənin erməni əhali-
sinin  bir  hissəsi  Rusiyanın  tərkibində  olan  Cənubi  Qaf-
qazda,  digər  hissəsi  isə  Türkiyənin  qonşu  vilayətlərində 
yaşayırdı  (4,  I  cild,  45).  Türkiyə  ərazilərində  yaşayan 
ermənilərin  əksər  hissəsi  imperiya  daxilində  ticarət  və 
bank  işi  ilə  məşğul  olduğundan  ölkənin  iqtisadi 
həyatında mühüm rol oynayan ticarət burjuaziyası erkən 
baş qaldırdı və möhkəmləndi-ermənilər iltizamla məşğul 
olur,  əyalət  qubernatorlarına  və  hətta  türk  hökumətinə 
borc  verirdilər.  Bu  varlı  imtiyazlı  erməni  burjuaziyası 
çoxdan  böyük  nüfuz  qazanmışdı.  Belə  ki,  hələ  1453-cu 
ildə  Konstantinopol  türklər  tərəfindən  işğal  edildikdən 

:

wp-content -> uploads -> 2014
2014 -> «xalqların psixologiyası»
2014 -> Yeni tanı almış hastada ilk danışmanlık, anamnez, muayene ve laboratuar testleri
2014 -> “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında
2014 -> Journey to Sacred India
2014 -> Qrup liderinin rol və funksiyaları, liderin mənimsədiyi nəzəri yanaşmadan, liderlik tərzindən və liderlik bacarıqlarından, aldığı təhsildən, etik qaydalara uyğun davranıb davranmayışından, şəxsiyyəti və fərdi xüsusiyyətlərindən təsirlənir
2014 -> Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix
2014 -> Kişisel arzu, istek ve ihtiyaçları için ürünleri satın alan ya da satın alma kapasitesinde olan gerçek kişidir
2014 -> Lt scientific
2014 -> Microsoft Word Konflikt Gruppen Manus Q. doc
2014 -> Yazılı Bacarıqlar (yazma- oxuma)


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


tarihi-bni-sada-greensab.html

tarihi-dersteg-aziyani-rl.html

tarihi-eeoloeija-myuvzu-1.html

tarihi-hanlar-turistler.html

tarihi-oialar-zhilnamasi--2.html