1 ... 49 50 51 52 53 54 55 56 ... 66

Qondarma erməni soyqırımı faktların dili ilə

səhifə53/66
tarix21.03.2018
ölçüsü417.36 Kb.

                                            Qondarma erməni soyqırımı faktların dili ilə


 


  

                              
 
 
169 
və  bu  gün  də  bu  plana  uyğun  hərəkət  etməkdədirlər. 
Ermənilərin  məşhur  4“T”  və  ya  4  “istək”  planı 
aşağıdakılardan ibrət idi:  
1.Terror; 
2.Torpaq; 
3.Tanıtmaq; 
4. Təzminat. 
   

 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  erməni  millətçi 
ekstremistləri  öz  istəklərinə  çatmaq  üçün  daha  çox 
bölgədə  terror  fəaliyyətlərini  genişləndirmək  və  bunun  
nəticəsində siyasi sabitliyi pozmaq taktikasından istifadə 
edirdilər. Bu haqda daha geniş şəkildə danışdığımız üçün 
bir daha həmin dövrə qayıtmaq niyyətimiz yoxdur. Lakin 
XX  əsrin  70-ci  illərinin  ortalarında  erməni  terrorizmi 
yenidən  fəallaşmış,  1972-1991-ci  illərdə  bu  qruplaşmalar 
Türkiyəli  diplomatlara,  siyasətçilərə  və  iş  adamlarına 
qarşı  300-dən  çox  terror  əməli  törətmişlər.  Tədqiqatçılar 
bu  prosesi  Türkiyənin  Kipr  siyasətində  geri  çəkilməyə 
vadar  etmək  məqsədilə,  Livanda  gedən  vətəndaş  müha-
ribəsinin  təsiri  və  digər  səbəblərlə əlaqələndirirlər.  Qeyd 
edək  ki,  türk  diplomatlarına,  missiyalarına  və  iş  adam-
larına  qarşı  ilk  terror  hadisəsi  dünyanın  əsas  güc 
mərkəzlərindən  biri  olan  ABŞ-ın  Koliforniya  ştatında 
həyata  keçirildi.  Belə  ki,  27  dekabr  1973-cü  ildə  Türki-
yənin  Los-Ancelesdəki  Baş  Konsulu  Mehmet  Baydar  ilə 
köməkçisi  konsul  Bahadır  Demir  Kaliforniyanın  Santa-
Barbara  qəsəbəsində  Mığırdıç  Yanıkyan  adlı  erməni 
terrorçusu  tərəfindən  qətlə  yetirildi.  Bu  faciədən  iki  il 
sonra  Avropanın  mərkəzində  iki  türk  diplomatı  vəhşi-

                                            Qondarma erməni soyqırımı faktların dili ilə


 


  

                              
 
 
170 
cəsinə  qətlə  yetirildi.  Bu  dövrdə  Daşnaqsütyunun  və 
ASALA-nın  çoxlu  terrorçu  qruplaşmaları    təşkil  olunur. 
Onlarla  yanaşı  FJA,  NRA,  DRO-8,  88,  888,  8888  və  digər 
erməni  terror  təşkilatları  da  fəaliyyət  göstərir.  Yalnız 
1975-1985-ci  illər  arasında  ASALA  qruplaşmaları  dün-
yanın  21  ölkəsinin  38  şəhərində  110  terror  aktı  törət-
mişlər.  Yeni  yaranmış  erməni  terrorçu  təşkilatlarına  XIX 
əsrin sonu-XX əsrin əvvəllərinin xüsusiyyətləri xas idi və 
XX əsrin ikinci yarısı-XXI əsrin əvvəlləri onların fəaliyyəti 
dünyanın bütün regionlarını əhatə edirdi(21, 21). 
Müasir  dövrdə  gizli  şəkildə  fəaliyyət  göstərən    bir 
sıra  erməni  terror  təşkilatları  mövcuddur  ki,  onların  bir 
neçəsinin adlarını qeyd etməyimiz olduqca vacibdir. Bun-
lara  misal  olaraq  “Ermənilərin  Qabaqcıl  Birliyi”,  “Ermə-
nilərin  Milli  Birliyi”,  “Gizli  Erməni  Azadlıq  Ordusu”, 
“Orli” qruplaşması, “55-lərin Komitəsi”, “Erməni Azadlıq 
Hərəkatı”, “Krunk”, “Apostol” və s. yüzlərlə bu kimi ter-
ror təşkilatlarının adlarını qeyd etmək olar.  
Qeyd etmək lazımdır ki,

 

ermənilərin Qafqaza gəlmə 
olduqları  tarixi  faktlarla  sübuta  yetirilmişdir.  E.ə.  XIV-
XIII əsrlərində Balkan yarımadasının Tassaliya və İlliriya 
adlanan  əyalətlərində  kiçik  şəkildə  qəbilə  formasında 
yaşayan  friq  tayfaları  yerli  yunan  qəbilələri  ilə  ədavətə 
girdikdən  sonra  onları  bu  ərazilərdən  qovmağa  baş-
ladılar.  Bu  proses  e.ə  VIII-VII  əsrlərə  qədər  davam  et-
mişdir.  Qara  dənizin  şimal  sahillərinə  gələn  friqlər 
kimmer-skif-sak tayfalarının güclü axınları qarşısında tab 
gətirməyərək  onlarla  birlikdə  Anadolu  və  İberiya  ərazi-
lərinə  pənah  gətirmişlər.  Sonradan  qonşu  ərazilərə  ya-

                                            Qondarma erməni soyqırımı faktların dili ilə


 


  

                              
 
 
171 
yılan  haylar  (ermənilər)  çox  keçmədən  yerli  əhali  ilə  dil 
tapa bilmiş və bölgədə öz mövqelərini daha da möhkəm-
ləndirmişlər.  Davamlı  şəkildə  qonşu  ərazilərdən  köçü-
rülərək  Kiçik  Asiya  və  Qafqazda  yerləşdirilən  ermənilər 
çox  keçmir  ki,  bu  ərazilərin  onlara  məxsus  olduğunu 
iddia  edir  və  silahlı  quldur  dəstələri  vasitəsilə  yerli  dinc 
əhalini  qismən  həmin  ərazilərdən  qovmağa  müvəffəq 
olurlar. Bu işdə onlara mane olacaq elə bir ciddi qüvvənin 
olmamasından  istifadə  edərək  yerli  əhaliyə  qarşı  etnik-
təmizləmə  siyasəti  aparırlar.    I  Dünya  müharibəsindən 
sonra Şərqi Anadolu əraziləri də daxil olmaqla ermənilər 
böyük  Ermənistan  yaratmaq  üçün  əlverişli  məqamın 
yetişdiyini  nəzərə  alaraq  böyük  dövlətləri  bu  işdə  fəal 
olmağa  çağırdılar.  1919-cu  ildə  ABŞ  senatına  senator 
Lodginin  təqdim  etdiyi  layihədə  gələcəkdə  yaranacaq 
“Böyük Ermənistan”a aşağıdakı torpaqlar qatılmalı idi: 
1.  Türkiyədəki  altı  vilayətdən  ibarət  “Türkiyə 
Ermənistanı”; 
2. Qafqaz Ermənistanı; 
3. İran Ermənistanı; (burda əsasən İran Azərbaycanı 
nəzərdə tutulur) 
Amerikada Erməni Milli İttifaqının “1919-cu ildə Er-
mənistan  haqqında”  adlı  hazırladığı  əsərdə  yuxarıda 
göstərilən layihə ilə bərabər “Böyük Ermənistan” xəritəsi 
də  hazırlanmışdır.  Həmin  xəritədə  Böyük  Ermənistana-
Ermənistan, Trabzon və Samsun da daxil olmaqla  Gəncə 
şəhəri  yaxınlığından  başlayaraq  Kür  çayı  boyu  ilə  Xəzər 
dənizinə  qədər  uzanan  yerlərdəki  Salyan,  Muğan,  Mil, 
Qarabağ, Zəngəzur, Göycə qəzasının dağlıq hissəsi, Nax-

:

wp-content -> uploads -> 2014
2014 -> «xalqların psixologiyası»
2014 -> Yeni tanı almış hastada ilk danışmanlık, anamnez, muayene ve laboratuar testleri
2014 -> “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında
2014 -> Journey to Sacred India
2014 -> Qrup liderinin rol və funksiyaları, liderin mənimsədiyi nəzəri yanaşmadan, liderlik tərzindən və liderlik bacarıqlarından, aldığı təhsildən, etik qaydalara uyğun davranıb davranmayışından, şəxsiyyəti və fərdi xüsusiyyətlərindən təsirlənir
2014 -> Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix
2014 -> Kişisel arzu, istek ve ihtiyaçları için ürünleri satın alan ya da satın alma kapasitesinde olan gerçek kişidir
2014 -> Lt scientific
2014 -> Microsoft Word Konflikt Gruppen Manus Q. doc
2014 -> Yazılı Bacarıqlar (yazma- oxuma)


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


tarih-sabatarinda-tarihi-2.html

tarih-say1022002-s-44-47-.html

tarih-talisi-ltti-tadir--6.html

tarih-tarlandari-atti.html

tarih-ve-64874-nolu.html