1 2 3 4 5 6 7 8 9

Prof. Dr.; Gürcistan uyruklu; Ardahan Üniversitesi öğretim üyesi - səhifə 5

səhifə5/9
tarix19.11.2017
ölçüsü0.67 Mb.
növüYazi

1728-də Osmanlıların düzənlədikləri “Tiflis Əyalətinin Müfəssəl Dəftəri”ndən aydınlaşır ki, bizimkilərdən Baratlı nahiyəsində 190, Baydar nahiyəsində 1135, Dəmirçihasanlı nahiyəsində 1811, Pəmbək nahiyəsində 365, Ağcaqala nahiyəsində 663 vergi verən qeydə alınmışdı.

1770-də İrakli sarayının Rusya müvəkkilinə təqdim etdiyi demoqrafik siyahıda oxuyuruq: Dəmirçihasanlı – bir sultanlıq, onların tayfası min ailədir, əvvəlkilərdən bir çoxu səpələnmiş, başqa diyarlara getmiş və orada sərbəst yaşayırlar; Baydar – bir sultanlıqdır, çoxları başqa diyarlara köçmüşlər, indi burada qalanlar iki yüz ailədir; Borçalı-Pəmbək vadisi – bütün xanlıqdır, əvvəlkilərdən çoxları özgə nahiyələrə dağılmışlar, hazırda iki min ailədir; ayrıca Sabarataşvili (Baratlı) – bu böyük və zəngin diyar dağılmış, çəmi yüz ailə qalmış; Kaxet'də Yor çayı boyunda da ellər – 12 min ailə yaşayır.

O çağlarda Borçalı'yı da gəzmiş Güldenştedt'in səyahətnaməsindən: Kür'lə Yor arası Qarayazı'da Türkmanlar yurdlaşmışlar, onlar qışda öz qoyunlarını Qarayazı'da saxlayır, yayı Alget qırağında keçirirlər; Anaxatır çayının aşağı axarı boyunda Dəmirçihasanlı deyilən Türkman Müsəlmanlar yaşayırlar, onların sayı 500 ailədən çoxdur, öncələr isə Qarayazı'da yaşayırdılar və 10 min ailədən ibarət idilər, Nadir Şah və eləcə də ona qədərki şahlar çoxunu İran'a köçürmüşlər, öz hakimlərinə sultan deyirlər (Güldenştedt bir neçə sultanın qonağı olduğunu xatırlamışdır); Türkmanlar yaxud Tərəkəmələr həmçinin yuxarı Kartli'də və Qarayazı'da da yaşayırlar, onların Kaxet'də beş kəndi var. Güldenştedt'in diğər qeydləri də diqqətiçəkəndir, örnəyin: Marneuli əhalisi 1769-da buradan Alget düzünə köçmüş və yeni Marneuli yaranmış, burada hazırda 30 Müsəlman və Gəncə'dən gəlmiş 40 Erməni ailəsi var; Aravlı yaxud Araplı'yı Nadir Şah 50 Müsəlman ailəsindən qurmuş; Qırıxlı'yı Nadir Şah İsfahan'dan gətirdiyi 10 ailədən qurmuş; Tərkəvün 1767-də Ağcaqala'dan 30 Müsəlman ailəsindən, Şamamalı 1772-də Qarakilsə'dən 15 Müsəlman ailəsindən, Qayaxocalı 1768-də İrəvandan və Kaxet'dən gələn 20 Müsəlman ailəsindən düzəlmişlər. Sarvan'da 80 ailə vardı.

Gördüyümüz kimi, bizimkilər geniş ərazidə yığcam yaşayırdılar, Borçalı, Şüləver, Anaxatır, Alget, Kür, Pinəzər, Qarabulaq, Maşaver çayları boylarında, habelə Yor boyunda, Tiflis yörələrində yurdlaşmışdılar.

Gürcü kəndləri genəldə Baratlı, Trialet tərəflərdəydi, onlardan ən irisi Gümərət, Güvəc, Balıc'ıydı.

Bu çağlar Gəncə–Qarabağ'dan, İrəvan'dan Ermənilər əsir kimi burada sığnaq tapmış, Şüləver'də, Xaçın'da, Güvəc'də, Kolagir'də və başqa yerlərdə sakinləşmişdilər.

Xeyli Türkdilli Yunan (Berzen) Türkiyə'dən gəlib Ağtala, Ləlvər gümüş, mis mədənlərində işləyirdi, Ümmay xan, Ağa Məhəmməd Xan onlara divan tutandan sonra bir qismi Borçalı'nın quzeyinə – Barmaqsızkörpü (Zalqa) tərəflərə qaçmışdı.

(Sözgəlişi: 1750-li illərdə İrakli'yə xəbər gətirirlər ki, Yağılca'dan bütün Müsəlmanlar var-yoxları, barxanaları, mal-qarasıyla Türkiyə'yə getmişlər. İrakli soruşur: “Yağılca'yı da özlərilə mi aparıblar? Heç narahat olmayın, bu dağ onları çəkəcək”. Gerçəkdən, Dəmirçihasanlı, Sarvan, Görarxı ellərindən qaçanlar özləri geri qayıtmışdılar. Bu da Borçalıların yurda sədaqətinin bir örnəyi).

... Yüzilin birinci yarısına aid Gürcü qaynaqlarına –”Dəstərül-əməl”ə (qanunnaməyə), 1701–1711 illəri Qaplanlı'nın əhalisayımına, divanbəyinin hesabatına, Vaxuşti'nin əsərinə əsasən, Daşır-Qarabulaq–Dmanis–Pinəzər'də Baxçalar, Bostlar, Parçıxlı, Pərəncik, Çardaxlı, Çaxmaxlı, Ləkləkeşən, Əngirivan, Sukeçən, Tərəkeçən, Darbaz, Qamışlı, Qələmçə, Ərgəntala, Dunus, Hacılıq, Ormozan, Qədirqulu, Qaradağ, Şindlər, Görüncük, Gülbaba, Gülgül, Damğalı, Börtəkər, Darbənd, Kərəmdərə, Molla Masxud, Nəsibli, Salamməlik, Çəkişxana, Turan, Qoqarçlı, Crayurd, Ağzıböyük, Qarabulaq, Saça, Hüseynkənd, Qurdqala, Heydərbəy, Qızılziyarət, Qaraqala, Əskipara, Yenkiçax, Canbaxça, Şiştəpə, Azbulaq, Taxılbitməz; Qayqul-Lök'də Kəpənli, Ağayurd, Qoruncuq, Tapan, Musapirilər, Tanziya, Torpaqqala, Kipric, Ağbabalı, Muxnar (Palıdlı), Binələr; Somhut-Maşaver boyunda Nəsibli, Ağbabalı, Qışlaq, Təkanan, Şindlər, Qaradağ, Kəmərli, Mirasan-Durğaya, Keşəli-Qoçulu, Saraclı-Qaraclı, Ərkivan-Qaçian, Qoşakilsə; Ksiyə boyunda Ağbabalı, Arıxlı, Kolagir, Hallavar, Əmirəhmədli, Kanallı, Muğanlı, Baydar, Ellər, Darbənd, Qalaqlar, Naxatır, Şaheli, Sultanoba, Tarxaneli, Ağamateli, Nəcbəddin, Nəzərkənd, Baydar, Sınıqkörpü; Alget boyunda Əmirxaslı, Görarxı, Baqrat, Candar, Başıncaq, Kareli, Güvənciroba, Gödək Piri, Gültəpə, Günənət, Yenakət, Sarvan, Saqqaltutan, Çələbili, Torpaqqala; Kür nəhri boyunda Soğanlıq-Qurqud; Kürüstü-Dəmirçihasanlı'da Kəpənəkçi, Cavanşir, Cabbar, Dəmirçilər, Qaradəmirçi, Qazaxlar, Qoca-Keşəli, Kosalı, Fərmanlı-Qaramanlı; Vərə vadisində Laçın adlı obalarımız, ellərimiz, kəndlərimiz var olmuşdur.

Vaxuşti'nin əsərində Gəlgör (Birtvis) qalasından Naxatır'acan Ksiyə yarğanı (xramı), yəni çayın yuxarısı Ksiyə, orta axarı Xram (yarğan), aşağısı Anaxatır, habelə Odzis'dən yuxarı Ksan'dan günbatardakı duzəngah Cəngilər-Bəytatav adlandırılır.

İstanbul arxivindəki "Tiflis Əyalətinin Müfəssəl Dəftəri"ndəki kənd, camaat, qışlaq, məhəllə adlarımız: Baratlı nahiyəsində Cəlayir, Qurdağzı, Ağbaba, Həsənli, Qaşqatala, Soğanlıq, Cavuşan; Dmanis nahiyəsində Ziyabəyli, Üşən, Ortaşevən, Heydərqulu; Baydar nahiyəsində Lahan, Qorcubaşı, Cığlay, Bəykəndi, Qoçlu, Əlamdarlı, Əmirxanlı, Padar, Daşdəmir, Heydərli, Mürşüdlu, Çələbili, Zülfüqarlı, Mahmudlu, Əhmədli, Qobu, Zəngişamlı, Ağamirhəsənli, Başaçıq, İmirli, Onbaşı, Xızır, Qacar, Şıxatlı, Dəllər, Qullar, Xanoğlu, Çələbili, Orucoğlu, Nəçməddinli, Yadigaroğlu, Qaradəmirçilər, Çavanşir-Pahləvanlı, Qədimxan, Həsir, Cavanşir-Kəbirli, İmirhəsili, Muğanlı, İmirxəlil, Qaramanlı; Dəmirçihasanlı nahiyəsində Qoluqaralı, Qaraçıbaşı, Yüzbaşı, Telli, Dükər, Çubuğlu, Nurubəy, Çəltiklər, Süleyman, Arıxlı, Sayatlı, Uruz, Alağac-Qaramanlı, Qaradikənli-Qaraçılar, Sarbanlar-Sarvan, Şərəfəddin-Qaramanlı, Lətifli-Şahbudaq, Nəzərli, Kəpənəkçi, Qaraöküzlü, Bəyəhməd, Sancaqlı, Sarı Sabunçu, Cığallı, Qəmərli, Köhnəli, Keşalı, Şahgəldi, Bərəli, Siraclı, Qacarlı, Nazarlı, Əmin, Kosalı, Arıxlı, Pətəkli, Səlcikli, Bəxtiyar, Göycəli, Çallı, Suqaraçı, Koxalı, Sayadlı, Palçıqlı, Ballı Qaya, Yayçı, Ağkeçi, Lacivərd, Çardaqlı, Çaxmaqlı, Cala, Molla Qasım, Süleyman, Yaqub, Azadkənar, Dəliqılıc, Qamış, Sarıxana, Yengixan, Sarıq, İrənçapıq, Qaraqala, Qarabulaq, Sarıqala, Göydağ; Ağcaqala nahiyəsində Boızçalı əşirətləri Saral, Qaçağan, Hacılı, Qılıclı, Kohalı, Təkəli, Quşçular, Qurdlar, Heydərli, Yaraqlı, Qaramanlı, Qazmalı, Marağallı, Ağəhməd, Məhanə, Şammalı, Şəmsəddiinli, Sayatlı, Həzrətli, Sübhan, Sücəddinli, Korlar, Zəngənə, Ərəbli, Ziyaqocalı, Pəhləvanlı, Seydiqocalı, Ulaşlı, Burundəli, Bozanlı, Aşıqlı, Çubuqluca, Soğanlı, Xocalı, Ağbaba, Qaraxan, Heyvalı, Qəribqaya, Əcabəy, Güləbdi, Şahablı, İmamkəndi, Muğanlı, Dəhnə. (Sözgəlişi: Vaxuşti yazmışdı ki, Ərkivan ilk dəfə Qaçiani və Ovcalasıydı, sonra Qayazin, Cabaladan quzeydə Ksiyənin qayalı sahilindədir; Bolnisdən yuxarıdakı Bördiki qalası sıldırım qayada, çox möhkəmdir, Bördüzü adı da bu addan törəmiş olar; Qarağac-Daşır dağlarında Maşaver çayı yanında Keçid Dağı var; Ormozan gölü yanında Qarabulaq çayı güneyində dörd yanı qaya divarlı hündür Musa qala, onun içində Karvansaray bulağı axır).

1770-li illərə aid Güldenştedtin gəzinaməsində Soğanlıq, Qarayazı, Dəmirçihasanlı, Sınıq Körpü, Ksiyə, Naxətir (Anaxatır), Borçalı, Dəbəd, Sadaxlı, Surudaş, Qızqala, Şüləver, Maşaver, Güvəc, Görarxı, Qarahasan, Təkəli, Ağməmmədli, Qaçağan, Ulaşlı, Aravlı (yaxud Araplı), Saral, Mamay, Qırıxlı, Lalalı, Tərkəvün, Şammalı, Qayaqocalı, Saqal, Kosalı, Kəpənək, Keşəli, Baydur, Ağcaqala, Talaverdiqala, Marneulqala, Cabalaqala toponimlərimiz xatırlanır. Arxiv bəlgələrində Faxralı adına da rast gəlirik. Daha bir neçə qeyd: Güldenştedt Ksiyəyə Müsəlmanların Anaxatır (Naxətir), Gürcülərin Naxidur dediklərini yaxmışdı; Gürcü saray salnaməçisi Sexnia Çxeidze də Anaxatır deyə anmışdı; Şopendə də "Ksiyə vəya Nakatir (Xram)" deyimi var; qaynaqlarda çayın yuxarı yarğanı Darbənd olaraq da keçmişdir; Soğanlığın bir adı da Qorqud (Qurqud) olmuşdu; Algetin digər adı Xuna olmuşdu. O vaxt Kaxetə həm də Topqarağac (vəya Qarağac) deyilmişdir).

1794–1799 illərində şahzadə İohanın yazıya aldığı ərazi və əhali sayımına görə, Qarabulaq-Zurdakənd boylarında Torpaqqala, Söyünkənd, Bostlar, Bağcalar, Orməşən, Şüləvər, Qarabulaq; Lökdə Misxana, İlyaskənd; Pinəzər boyunda Qoruncuq, Çəkişxana, Ləkləkeşən, Molla Mashud, Dağətəyi, Pərəncik, Sukeçən, Tərcəşen, Darbaz; Güvəc boyunda Torpaqqala, Darbaz, Damğalı; Balıc boyunda Şüşəli, Dunus, Qələmşili, Hacılıq, Əvəncük, Ormozan, Qədirqulu, Dmanis, Şindlər; Bolnis boyunda Darbaz, Saxundərə, Bördiki, Ortaşua; Maşavər boyunda Nəsibli, Ağbabalı, Muxnar, Cığnət, Qızlar; Ksiyə boyunda Çələbli, Nəcbədin, Baydar, Kürt, Bəylər, Görarxı, Bala Muğanlı, Kolagir, Şeytanlı, Ayvazlı, Crayurd, Faxralı, Qoşakilsə, Hallavar, Qızqala, Kilsə, Fəriz, Naxidur, Ksilə; Alget boyunda Saqqaltutan, Güvənciroba, Qorqudoba, Maltəpə, Torpaqqala, Nəzərkənd; Şüləver boyunda Qullar, Mollakənd, Qalaqlar, Şüləver, Şətəkkənd, Ağkənd, Mehrağac, Canxoş, Dağlar, Kərmikər, Cərəkvi, Qalakənd, Çanaxçı, Hasankənd, Şıxçoban, Cabala, Talavər, Ərkivan, Mirasan-Durğaya; Dəbəd-Borçalı boyunda Sadaxlı, Qazangünbəti, Göytəpə, Qırıxlı, Mamay, Bəyazit, Dəmirçi, Saral, Araplı, Axılmahmud, Bəytallı (Qayqocalı), Dəmirçilər, Şammalı, Qayqocalı qışlağı (Tüllər), Tərkəvən, Canəhmədli, Uğuroğlu, Ulaşlı, Körpülü, Bəytərəfçi, Qurçlar, Qaçağan, Bərəhli, Xancığaz, Təkəli, Qurarquşçu, habelə şah elləri (birbaşa Gürcü şahına tabe), Kaxet elləri, Sarvan, Qaracalal, Qızılhacılı, Muğanlı, Kəmərli, Təklə, Arıxlı, Kəpənəkçi, Kosalı, Keşəli, Nazarlı, İlməzli kəndlərimiz varıydı.

... Öndər adamlarımız: Yüzilin birinci yarısında – 1710 illərində Əmirxaslı Molla Abdulla oğlu və Qazi Molla, Əmirəhmədli Pirməmməd, Dəmirçihasanlı Şərəfəddin, Muğanlı Seyid Qasım, Əli oğlu Məhəmməd, Hazarlı Söyün, Saraclı Əmin, Sarısabunçu Mustafa, Əmirxan, Kəpənəkçi Hacı İlyas, Cabbar, Hacı Məmməd, Hacı Şəfi, Hacı Saleh, Keşəli Xoca, Kosalı Göycə, Qaradəmirçili Molla Xanvəli, Xiyallı Mehrab Ağa; 1721 ilində Arıxlı Haqverdi, Xanməmməd, Ağbabalı Molla oğlu Əbül Qasım, Molla oğlu Abdulla, Tarıqulu oğlu Tarıqulu, Vəli oğlu Mədəd, Vəli oğlu Asdan, Mustafa oğlu Asdan, Molla oğlu Allahverdi, Anaqız oğlu Hacı Musa, Ködək Piri; Dəmirçihasanlı Məmməd, Dərzi oğlu Xəlil, Vəlixan oğlu Vəli, Yaşılbaş oğlu Əhməd, İbrahimxəlil, Yolçu oğlu Həsən, Zərgər Məmməd, Mirzə oğlu Mustafa, Molla Abdulla oğlu Məmməd, Molla Baba oğlu Əbülqasım, Muğanlı Əli oğlu Məmməd, Sarısabunçu Xıdır oğlu, Cavanşir Şatır İbrahim, Şatır Məmməd; 1728-də Baydar tərəfdə İmirhasanlı Miri oğlu Əli, Padar Əlləz, Qullar Vəli, Molla Əhməd, Pirəli, Bayram, Həsən, Xanoğlu, Çələbili Oruc oğlu, Molla Abdulla oğlu Mustafa, Nəcməddinli Molla Əli, Molla Mahmud, Yadigaroğlu Əhməd, Molla Əhməd, İmirxəlil, Qaramanlı İsmayıl, Dəmirçihasanlı tərəfdə Yüzbaşı tayfasından Mustafa, Əhməd, Həsən, Nuru bəy, Süleyman, Çopur Əhməd, Vəliağa, Molla Mehdi, Qara Uzun oğlu Əhməd, Abdulla oğlu, Qaramanlı Həsən, Şərəfəddin ağa tayfasından Qaramanlı Vəli, Əhmədqulu, Nəzərli Cığal Əhməd, Əmin, Mahmud oğlu Məhəmməd, Kəpənəkçi Hacı Şəfi, Əhməd, İlxıçı Yusif, Əbülqasım, Çatal Vəli, Tağı, Hacı oğlu, ibrahim ağa, Əyyub ağa, Bəy Əhməd, İmirhəsili Molla Abdulla oğlu, Saraclı Məhəmmədxəlil, Kosalı Yaqub oğlu, Ağcaqala-Borçalı tərəfdə Təkəli Ağəhməd (Pirvəli); 1740-lı illərdə Borçalı Cəfər bəy, Məhəmməd Qasım, Cəlil, Məhəmməd Əmin, Soğanlıq Allahverdi, Tiflisdə Hüseynəli bəy, Hacı Məhəmməd bəy; habelə Qaplanoğluların qolbəyiləri olmuş yasovullar Cəlal, İsmayıl, Usub; 1701-də Nəzərəli xanın ağalıq kağızı verdiyi mustofi (xəzinədar) Yadigaroğlu Mirzə Bağır bəy; 1723-də Tiflisi Osmanlıların işğalı haqqında kitab yazmış Gürcüzadənin hörmətlə adlarını çəkdiyi Borçalı kətxudaları Əli ağa, İbrahim ağa 1735–1744 illəri arasında Borçalı vəkili, gəlir vergisi üzrə dövlət müvəkkili Mirzə Əmin ağa; 1738-də Ləzgilərə qarşı şüçaət göstərmiş Kəpənəkçi Mədəd; II Teymurazın "Sərgüzəştlər" poemasında İsfahana yürüşdən bəhs edərkən təriflədiyi Borçalı ağaları ğözəl dilmanç Kəlbi. cəld atıcı Musa, sadiq nökər Adıgözəl; Nadir şah vaxtında Bopçalı vəkili qoyulmuş İsa sultan oğlu Sədili Məhəmməd xan, 1742-də Nadir şahın Gürcüstan kələntəri qoyduğu Xoca Əmin və b.

Yüzilin ikinci yarısındakı öndərlərimizdən: Yadigaroğlular, 1751-də Borçalı xanı Kəlbi Hüseyn oğlu Musa, Dəmirçihasanlı sultanı İsa bəy, Borçalı–Qazax qoşununun sərkərdəsi Kazım xan, 1755–1757-li illərə aid Şatır Mustafa, yasovullar Əli, Cəfər, Carçı Baba, Molla Qasım, Sübhanverdi sultan, Şeyxülislam Oruc, Novruz ağa, İsa yüzbaşı, Mirzə Süleyman, Cavanşir, Qurban, Şüləver Cəfər, Qızılhacılı Piri, İsmət, Vəli, 1766-da Dmanis'də Haqverdi bəy, arxiv sənədlərində adlarına rast gəldiyimiz Nalbənd oğlu İsmayıl, Ağaçan, Məhəmməd sultan, Muğanlı cilovdar Əli, onun oğulları Məmməd, İmanqulu, Məmmədqulu, Əhməd, Nəbi, Süleyman, 1783-də İrakli'nin ağalıq kağızı verdiyi Qara Məhəmməd, 1789-da Qarsda Türklərə qarşı Gürcülər tərəfdən savaşmış mehtər Sarvan Şərif oğlu Gülməhəmməd, yüzilin sonlarında Tiflis şeyxülislamı Şamil Məhəmməd, Borçalı axundu Tarverdi bəy, Ağqızoğlu Piri'nin “o ki bənzəməzdi heç bir kimsəyə” deyə öyüb, dünyadan murazsız getməyinə ağı yazdığı Baydar İsa sultan, Baydar sultanı olmuş Yadigaroğlu Ağacan, Sarqis Hasan Calalyans'da "Borçalı nəhənginin" hakimi deyə anılmış Süleyman xan, Borçalı vəkili Əmircan oğlu Hacı, 1792-də Hərtvis ağası İbrahim bəy, şahzadə İohan'ın şahbaz atlarını təriflədiyi Ağ Kazım, 1799-da Giorgi'nin ağalıq verdiyi Mursaqulu ağa, Muxran çökəyində Çömbər Məmməd, Əhməd, Osman, Məşədi Mustafa, Nəsib qardaşları, Qara Hasan, Tatoğlu Rüstəm, Cəfər, Məşədi ağa Məmməd, Adıgözəl...

Yadigaroğlulardan ayrıntılı danışmaq gərəkdir. Onların 1701-də I İrakli (Nəzərəli Xan), 1707-də II David (İmamqulu Xan), sonra Anna (Bəhriçan) Bəyim, Konstantine (Məhəmmədqulu Xan), II Teymuraz'dan ağalıq imtiyaznamələri vardı, Sınıq Körpü'dən bəri kəndlər onlara verilmişdi, o sıradan Bahadır Bəy 1730-lu illərdə Gürcü valisinin naib-eşikağasıbaşı, Borçalı'da arxların mülk sahibi olmuşdu. Abbasqulu Ağa Bakıxanlı'nın “Gülüstani-İrəm”indən: "İrakli Xan Sadıq Bəy Yadigaroğlu'yu səfir sifətilə Fətəli xanın yanına göndərdi. O, qədim valilər nəslindən yadigar qalıb... Səfir Sadıq Bəy Nuxa'da xanın hüzuruna gəlib, hədsiz lütf və mərhəmətə nail oldu". Sadıq Bəy Farsca mükəmməl bilmiş, həm də güclü tarix, ədəbiyyat bilgini, gözəl xəttat olmuşdur (sözgəlişi: Bakı'dakı Əlyazılar İnstitutunun arxivində onun köçürdüyü Mirzə Mehdi Xan Astrabadi'nin “Tarixi-Nadir” əsərinin əlyazma kitabını əldə etdik). Məhəmməd Sadıq Bəy Yadigaroğlu Nustafa Bəy'in oğludur. 1780-də İrakli Sadıq bəyə, onun oğulları Ağacan-Mamacan'a, Mustafa'ya, Allahverdi'yə və onların varislərinə Tiflis'də Meydan məhəlləsində məscid yanında beş dükan bağışlamışdı, 1787-də şahzadə Giorgi'nin buyruğuyla Loru'dakı Ağaöyü kəndi də Sadıq bəy'ə verilmişdi, Sadıq bəy oraya öz rəncbərlərini yerləşdirmişdi, yüzilin sonlarında Sadıq bəy'in böyük oğlu Ağacan Baydar sultanı olub, öz eliylə oraya köçüb Çələbili obasını qurmuşdu. 1797-də şah İrakli'nin Sadıq bəy'ə, onun oğulları Ağacan'a, Mustafa'ya, Allahverdi'yə, İsmayıl'a və onların varislərinə verdiyi imtiyaznamə: “Xələflərimiz Sınıq Körpü'yü sizə (nəslinizə) bağışlamışlar. Sizdə bundan ötrü babamız Nəzərəli Xan'ın, şahənşah Anna'nın, əmimiz İmamqulu Xan'ın və atamız Teymuraz şah'ın imtiyaznamələri vardı. Ağa Məhəmməd xan Tiflisi odlara qalayıb, virana qoyanda sən bizimləydin və nə qədər bacardın bizə yardım elədin, oğulların Ağacan, Allahverdi bizi Araqvi'yəcən bələdlədilər və bizə sədaqətlə xidmət görsətdilər. Tiflis dağıdılan vaxt sən çox şey itirdin, xatırlanan imtiyaznamələri də o vaxt itirdin. Cani-dillə, sədaqətlə xidmətini nəzərə alıb həmən imtiyaznamələrin qüvvəsini bərpa edirik və Sınıq Körpü əhalisini kəndlilər kimi sənə bağışlayırıq”.

“Xudu Bəy də Yadigarovlardandır”– bunu Şəmistan Nəzirli yazmışdır. 1770-in yazında Ahısqa'da Xudu Bəy'in görsətdiyi şücaət şahzadələr Teymuraz'ın, Baqrat'ın, David'in, İohan'ın tarixi icmallarında özəlliklə qeyd olunnuşdur. Gürcüstan və İmeret (Açıqbaş) şahları Rus qoşununun yardımıyla Ahısqa'yı, Azğur'u, Aspinza'yı tutmağa getdilər, İraklinin muzdla tutduğu Ləzgi qoşunu Kür nəhri üstündəki Aspinza Körpüsü'ndə məğlub olub, qaçmağa üz qoydu, İrakli özu məşhur Ləzgi sərkərdəsini öldürdü, sonra İrakli, Borçalı atlı dəstəsini Qori'yə göndərdi. O, öncəbhə sərdarı Rus generalına məktubunda (əsli Gürcüstan Əlyazmalar İnstitutu'ndadır) yazırdı: “Xudu dörd yüz qoçaq müsəlmanla sizin yanınıza gəlməlidir. Borçalılar yaxşı, mərd adamlardır. Mən bunu yazan vaxtlar həmən qoşun ya gəlmiş, ya da yaxınlaşmış olacaqdır. Bu müsəlman ləşkəri oniki - onüç gün sizin yanınızda qalacaqdır”. Rus qoşunu qəfil atəş xəttindən arxaya çəkildi, buna baxmayaraq, Xudu'nun, habelə elbəyi Ağbaba'nın, Muxran ağası Levan'ın oğlu Simon'un dəstələrinin yardımıyla aprelin 20-də körpü tutuldu, Türk qüvvətləri çəkildilər. Borçalı'nın arıq atları möcüzə görsətdilər. İohan, Xudu Bəy'i “şan-şöhrətli cəngavər” deyə öymüşdür. Xudu'nun dəstəsi Ahısqa'dan sonra Qars'da da vuruşmuş, daha sonra Gürcüstan ləşgəri içində Naxçıvan'a yürüş etmiiş, Şükürəli xan'ı yenmişdir. Gürcüstan Əlyazmalar İnstitutundakı arxiv bəlgəsində oxuyuruq ki, Gürcüstan qoşun sərdarının kəşfiyyatdan ötrü Sisyan'a göndərdiyi Xudu (Xudiya) 50 nəfər döyüşçüylə İlandağ'da İbrahim xan'ın 200 nəfərlik ön qoşununa qalib gələrək, 8 adamı əsir götürdü, Xudu və Borçalı Topçuoğlu öldürdükləri iki sərkərdənin başını gətirdilər. Şahzadə Teymuraz'ın salnaməsində həmən yürüşə Borçalılardan əlavə Qazaxlıların, Pəmbəklilərin, Şəmşəddillilərin də qatıldıqları bildirilir. 1795-də Sadıq Bəy'in Qazax-Borçalılardan yığıb Ağa Məhəmməd Xan'a qarşı çıxardığı qoşuna o sərkərdəlik etmişdir. (Sözgəlişi: ünlü Gürcü ədib Sandro Şanşiaşvili'nin Ağa Məhəmməd Xan'ın Tiflis'ə yürüşü təsvir olunan “Krtsanis Qəhrəmanları” dramında İrakli'nin ən yaxın sirdaşlarından və sərkərdələrindən biri kimi Xudu Borçalı obrazı da var – İrakli'nin şəxsi qoruyucusu olan Xudu: “Məni vuruşa göndərin” deyəndə İrakli: “Sən burada mənimlə olacaqsan” deyir və İrakli Qocor yoluyla dağlara çəkiləndə də ona Xudu bələdlik edir; indi Marneuli'də Xudu Borçalı küçəsi var). Qaynaqlardan aşkarlamışıq ki, Xudu bəy şah Giorgi'nin də ən yaxşı məsləkdaşı olmuş, sonra isə o, şaha və Ruslara boyun əyməyərək, İran'a varıb getmişdir.

...Borçalıların bir qismi oturaq, bir qismi köçəbə (tərəkəmə) güzəranı keçirirdi. Oturaqların məskənlərinə obalar, köçəbələrin yerlərinə ellər deyilirdi, hər elin aranda (ovada) qışlağı, dağda yaylağı varıydı. Ellər yayda Qayqulu, Lök-Qarağac, Balağac, Başkeçid, Ərcivan, həmçinin Qaraqalxan, Şirək, Göycə, Qarabağ yaylaqlarına da yayılırdılar. Sözgəlişi: hələ 12–14-cü yüzillərdə Qıpçaqların yaylaqları olmuş Qaraqalxan dağı Ağ Araqvi (Qaraqalxan) çayı boylarındaydı, onu Aşıq Qərib tərəkəmə oylağı deyə vəsf etmişdir. Qaraçöplülər də Borçalı yaylaqlarında yaylayırdılar. 1705 aprel-may ayları arasında Qaraçöpdəki Keşəli camaatından Əlixan'ın, Qaramanlı çamaatından Məhəmmədvəli Hüseyn oğlu'nun diləkçələrinə yanıt olaraq Şah Sultan Hüseyn'in fərmanıyla (əsli Gürcüstan mərkəzi arxivindədir) həmən çamaatların əski çağlar olduğu kimi, yenə də yayda Qarakilsə və Borçalı diyarlarındakı yaylaqlara getmələrinə heç kəsin mane olmaması, Kaxet valisinin onlara yardım görsətməsi tapşırılmışdı.

Əhalinin zümrələri ağa-bəy, ruhani, rəiyyət-rəncbərlərdən ibarətiydi. Ağaların, bəylərin knyazlarla bərabər imtiyazları varıydı, onların torpaqlarında yaşayan kəndlilər azad idilər. Borçalı ağa-bəyləriylə Gürcü şahlar arasında araçılığı knyaz nəsilli murovlar oynayırdılar. Ruhanilər yaxşı savadlı din adamlarıydı. Rəiyyət və rəncbərlər ağa-bəylərin tabeliyində olurdular, birincilərin öz torpaqları varıydı, ikincilərin yoxuydu. Habelə yüzbaşı, tarxan, qolbəyi, molla, fağır (füqəra), elağası, elbəyi, gizir, bəziyər, mütacir, çobanbəyi, qoruqçular da olurdu.

Əhali xərac (torpaq vergisi), damğa (alver vergisi), bac (yol vergisi), bəhrə (məhsul vergisi), çöpbaşı (otlaq vergisi), bağbaşı (meyvə vergisi), darğalıq (vergi vergisi), habelə mehmanlıq, novruzluq və başqa vergilər verirdi. Örnəyin, Arıxlı'da Məhəmməd'in nəsli 1 tümən 5 minalt, Dəmirçihasanlı Molla Əbdülqasım'ın nəsli 2 tümən 5 minalt vergi ödəyirdi. Tarxanlar vergidən kənar idilər, 1707-də 250 nəfər tarxanımız varıydı.

Kəndlər, camaatlar, elatlar yaşayış tərzinə görə fərqlənirdilər. Kənd öz təsərrüfatını oluşdurub əkinçiliklə, heyvandarlıqla əlbir məşğul olan yığamatıydı. Kəndə kətxuda (koxa), camaata ağsaqqal, elata elağası başçılıq edirdi, kənddə torpaq mülkləri varıydı, rəncbərlər sultan, naib, vəkil, bəy, ağa, qazi, kətxudaların təsərrüfatlarında işləyirdilər. Camaatlar xana, sultana, naibə xərac verir, torpaqlardan istifadə edirdilər. Tərəkəmələr elat (ellər), onların saldıqları düşərgələr uluslar adlanırdı. Yüzilin birinci qərinəsində Baratlı, Dmanis, Pəmbək nahiyələri hamısı kəndləriydi, Baydar, Dəmirçihasanlı, Ağcaqala nahiyələrində həm kəndlər, həm camaatlar, həm də qışlaqlar varıydı. Bir də birbaşa şaha tabe olub, ona xəraç verən, qoşununda vuruşan özəl imtiyazlı ellərə Şah Elləri deyilirdi. 1773-dən şah İrakli'nin sərəncamına əsasən öz torpağı olanlar hər il bir ay Gürcüstan hüdudlarında əsgəri xidmət keçirdilər. 1783-də İrakli qoşununda bizimkilərdən 4 min nəfər qulluqdaydı.

Yüzilin ilk onillərində Anaxatır'dan Qızqalası'nacan köhnə arx təzələndi, Borçalı çayından, Kür nəhrindən təzə arxlar çəkildi.

1720-li illərdə Vaxuşti'nin, 1770-li illərdə Güldenştedt'in soraqladıqlarına görə, Alget mənsəbindən Yağılça'yacan və Kür üstündəki ellər düyü, pambıq, hər cür dənli-sünbüllü bitkilər əkir, ipək hazırlayırdılar, Yağılca'da bol ot bitirdi, Baydar'da hər çür dənli-sünbüllü bitkilər, bağ və bostan məhsulları bol, pambıq və ipək çox olurdu, Balıc vadisi, Anaxatır'ın aşağı boyları üzümlük, meyvəlik, Dəbəd vadisi, Sadaxlı yörələri arpa, buğda, düyü, pambıq zəmiləriydi, tərəkəmə rəncbərlər ildə iki kərə məhsul götürürdülər, Qarağac-Daşır dağları sıx ormanlarla, dadlı bulaqlarla, otla, çiçəklərlə zənginiydi.

Kürüstü'ndə maral, qaban, qırqovul, Borçalı çayı vadisində qırqovul, kəklik, ördək, Qarayazı'da dağkeçisi, çeyran, cüyür, Lök, Başkeçid, Ləlvər dağlarında dağkeçisi, Anaxatır, Maşaver boylarında hacıleylək, qaz, ormanlarda maral (o sıradan xallı maral), ayı, vaşaq, cüyür, tülkü, canavar, dovşan və başqa ov heyvanları, quşları çoxuydu. Quş ovundan ötrü ən əlverişli yer Baydar'ıydı. Alget Karp balığıyla, Borçalı çayı qızılbalıq, naqqa, karp, sazan (çəkibalığı), alabalıqla, Maşaver xırda balıqlarla, dağlara yaxın yerdə Alabalıqla, Anaxatır qarabalıqla, Qarabulaq çayı qızılbalıq, alabalıqla zənginiydi. (Sözgəlişi: Vaxuşti, Borçalı çayı vadisini öngörərək yazmışdır ki, burada balıq və heyvan əti çox dadlıdır).

Bu tərəflərdə buğda, arpa, darı, düyü, pambıq, tənbəki, kətan, çətənə də becərilirdi. Noxudu ən çox Borçalı'da, Qarayazı'da becərirdilər, onun toxumu İran'dan gətirilmişdi. Borçalı'ya və Qarayazı'ya Açıqbaş'dan (İmeret'dən) maş-lobya da gətirilib səpilirdi, ordan da çox yetişdirilirdi. Borçalı uzümü rəngi, ləzzətli dadıyla seçilirdi. “Borçalı” adlı özəl üzüm növü də varıydı və çox məşhuruydu. Burada bol xiyar, badımcan da əldə edilirdi, İçarədarlıq geniş yayılmışdı, 1707–1709 illərində Dəmirçihasanlı'da, Baydar'da, Borçalı'da 1426 içarədar varıydı. Baydar Əlləz ən yaxşı icarədar kimi ad çıxarmışdı. Sulu yerlərdə düyüçülük yayılırdı, 1707-də Rəncbər elində 438 tağar 30 çanaq, Nəcməddin'də 130 tağar 10 çanaq, Hallavar'da 80 tağar, Qalaqlar'da 9 tağar düyü beçərilmişdi. 1770-də Güldenştedt soraqlamışdır ki, Alget'in hər iki qırağı müsəlmanların düyü zəmiləridir, ən çox düyü Dəmirçihasanlı'dadır.

Borçalı çökəyində bol qarpız, yemiş, şamama yetişirdi, vilayətdə qarpız ən çox burada yığılırdı, şamama təkcə burdaydı (sözgəlişi: Qırıxlı, Qullar tərəflərdə Şamamalı vəya Şammalı kəndimiz də olub). Burada, Vaxuşti'nin sorağına görə, nar, əncir, zeytun da daxil olmaqla hər cür meyvə yetişirdi. Güldenştedt Borçalı'da söyüd, qara və ağ çinar, qara və ağ tut, zeytun, habelə nadir yulğun görmüşdü.

Borçalılar çoxlu mal-qara, qoyun-quzuyla varlıydılar. Yağılca'da bolluca şirəli ot tükənməziydi, burada inək, camış, dəvə, at, qoyun, keçi vb. heyvanlar otarılırdı, yazda mal-qoyun sürüləri dağlara üz tutur, payızda köç geri dönürdü. (Sözgəlişi: Vaxuşti, Borçalı tərəkəmə naxırçıları haqqında yazmışdır ki, onlar çalışqan, dildən iti, cəsur, boylu-buxunludurlar).


:

FileUpload
FileUpload -> Ahlak felsefesi ( etiK )
FileUpload -> Ahlak; ahlak felsefesi disiplini olmadan da vardı. Çünkü en ilkel toplumların bile kendine göre bir ahlakı vardır
FileUpload -> Zayıflama Ders
FileUpload -> Birinci Bölüm
FileUpload -> Obezite ve Hipnoz
FileUpload -> Sunar sunar
FileUpload -> Demans ve deliryum dr. Levent Tokuçoğlu
FileUpload -> Teknik Bilgi Bankası
FileUpload -> Hd kart Kullanım Kılavuzu 1/14


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


rmi--thanwerdas-27092017-.html

rmk-marine--idef13.html

rmkta---sk-sk-hastalanmak.html

rmnt--rseau-de-recherche.html

rmork-trailer--.html